Təqaüd həyatı bir çox insan üçün gözlənilən bir dövr olsa da, ABŞ-da bir çoxları üçün maliyyə problemləri və peşmanlıqlar gətirir. 48-90 yaş arası təxminən 1 200 nəfər arasında aparılan sorğu göstərir ki, baby boomer (Müharibədən sonrakı) nəsli arasında təqaüd planlaşdırılmasında çatışmazlıqlar, gözlənilməz həyat hadisələri və maliyyə savadsızlığı geniş yayılıb. Onların təcrübələri gələcək nəsillər üçün dəyərli dərsdir.
Bir çox insanlar üçün təqaüd planlaşdırılması “qaranlıq qutu” kimi görünür. 70 yaşlı Qari Li Heyz maliyyə savadlılığının olmaması və planlı şəkildə yığım etməməsi ilə bağlı peşmanlıq duyur. Zehni sağlamlıq və əl işləri ustası kimi stabil işlərdə çalışsa da, gəlirinin 10%-ni müntəzəm olaraq yığmamaq və uzunmüddətli sabit investisiyalardan qaçmaq onun əsas peşmanlıqlarındandır.
64 yaşlı Nensi Siqer də yanlış investisiya qərarlarının ona uzunmüddətli təsirlərindən şikayətçidir. Müəllim və sağlamlıq kitabxanaçısı kimi işləyən Nensi hazırda tibbi xərclər və işdən çıxarıldıqdan sonra yaşadığı maliyyə çətinlikləri ilə üzləşir. Onun təcrübəsi göstərir ki, gözlənilməz həyat hadisələri — xəstəlik və ya işin itirilməsi kimi — maliyyə sabitliyinə ciddi təsir edə bilər.
Sorğunun bir digər ümumi mövzusu təqaüd yığımına gec başlamağın yaratdığı çətinliklərdir. Transamerica İnstitutu və Charles Schwab tərəfindən aparılan araşdırmalar göstərir ki, baby boomer (Demoqrafik partlayış dövrünün) nəsli orta hesabla 35 yaşdan sonra təqaüd üçün yığmağa başlayıb. Bu gecikmə onları maliyyə ehtiyaclarını qarşılamaq üçün çatışmazlıqla üz-üzə qoyub.
69 yaşlı PJ Uayt təqaüd yığımı haqqında düşünmədiyinə görə hazırda evsiz qalmaq təhlükəsi ilə üzləşir. Mülkiyyət vergilərini ödəyə bilmədiyi üçün evini itirən PJ ayda 1 500 dollar sosial təminat gəliri ilə həm özünü, həm də həyat yoldaşını dolandırmağa çalışır. O, ehtiyatsız xərcləmələrindən və qrağa vəsait yatırmamaqdan peşman olduğunu bildirir.
Təqaüd üçün nə qədər vəsait lazım olduğunu dəqiq planlaşdırmaq çətindir. "Bank of America"-nın məlumatına görə, 61-64 yaş arası şəxslərin hazırkı illik gəlirlərinin 8.5 qatını yığması məsləhətdir. Lakin xəstəlik, iş itkisi və ya digər fövqəladə hallar kimi gözlənilməz hadisələr bu planları poza bilər.
Maliyyə məsləhətçiləri uzunmüddətli qayğı xərcləri və tibbi sığorta kimi məsələlərin təqaüd planlarında nəzərə alınmasının vacibliyini vurğulayırlar. Məsələn, xərçəng xəstəliyi və digər ciddi sağlamlıq problemləri ilə bağlı xərclər həm maliyyə, həm də emosional baxımdan böyük yük ola bilər.
Baby boomer (1946-1964-cü illər) nəslin təcrübələri gələcək nəsillərə mühüm dərslər verir. Maliyyə savadlılığını artırmaq, erkən yaşda yığıma başlamaq və gözlənilməz hallar üçün ehtiyat fond yaratmaq daha sabit və təhlükəsiz təqaüd həyatı təmin edə bilər. Təqaüd planlaşdırılması bir marafondur və düzgün addımlar atmaq üçün heç vaxt gec deyil.