2025-ci ilin yanvar ayının 17-si etibarı ilə enerji birjalarında neft və təbii qaz qiymətlərindəki ucuzlaşmanın başlaması, qərb ölkələrində, xüsusilə ABŞ-da inflyasiyanın azalmasına gətirib çıxarıb. Buna kimi Yaxın Şərqdə müharibə risklərin artması və qışın sərt keçəcəyi narahatlıqları ilə enerji daşıyıcıları bahlaşırdı. Lakin hazırda bunlara dair risklərin ortadan qalxması, fyuçerlərdə enişlərə səbəb olur. Bu vəziyyət mərkəzi bankları daha aşağı faiz dərəcələrinə məcbur qoymaqla, şimal ölkələrinin kapital cəlbini məhdudlaşdırır və eyni zamanda, Çinlə rəqabətdə qərb ölkələrinin geriləməsinə səbəb ola bilər.
Çin ucuz əmək bazarının və yüksək texnologiyaların tətbiqi ilə dünya iqtisadiyyatında lider mövqeyə yüksəlib. Bu vəziyyət sərmaye axını sahəsində üstünlük qazanmasına səbəb olmaqla yanaşı, qərbin iqtisadiyyatını təzyiq altında saxlayır. ABŞ və digər qərb ölkələri isə yüksək faizlərlə bu mənfi fərqi bugünə kimi konpensasiya etməyə çalışırdılar. Lakin enən inflyasiya qərbə mənfi, Çin iqtisadiyyatına isə müsbət təsir etməklə, strategiyanın tam uğurlu olmadığına işarə edir.
Bu çətin vəziyyətdə qərbin marağı, xüsusilə neft qiymətlərinin artmasında və OPEC Plus istehsal limitlərinin tətbiqindədir. Bu siyasətin məqsədi Rusiya kimi rəqiblərin enerji qiymətlərindəki artımdan faydalanmasının qarşısını almaqdır. Lakin 2025-ci ilin ilk aylarında bu planların gözlənildiyi qədər uğurlu olmadığı üzə çıxmaqdadır və enerji qiymətlərinin yeni tarixi minimumlara enəcəyi proqnozları səslənməkdədir.
Son dövrlərdə qərb və ABŞ iqtisadiyyatları inkişaflarını əsasən dövlət xərclərinin artması və daxili istehlakın stimullaşdırılması hesabına təmin ediblər. Bu yanaşma dövlətin borc yükünü artıraraq iqtisadi sabitliyi təhlükəyə atmışdır. Mərkəzi bankların faizləri aşağı salmaq cəhdləri, borc yükünün daha da böyüməsinə və alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb olacaq. Bunun nəticəsində kredit reytinqləri düşəcək və iqtisadi artımın sürəti azalacaq. Bu mənzərə Çinlə davam edən rəqabətdə qərbin daha da geriləməsinə gətirib çıxara bilər.
Artan borc yükü qərb ölkələrinin iqtisadiyyatı üçün ciddi problemlər yaradır. Xüsusən də ABŞ, borc səviyyəsinin yüksək olması səbəbindən, daxili istehlakın qorunması üçün daha sərt addımlar atmağa məcbur qalacaq. Bu proses həmçinin kapital cəlbini çətinləşdirəcək və iqtisadiyyatın genişlənməsini məhdudlaşdıracaq.
Çinlə iqtisadi üstünlüyü qorumaq və bu rəqabətə tam cavab vermək üçün qərbin əsas yolu sənaye və xidmət sektorunda innovasiyaların tətbiqi və yeni vizyonların ortaya qoyulmasıdır. Lakin hal-hazırda bu sahədə ciddi inkişaflar gözlənilmir. Çin sərfəli əmək bazarı və yüksək texnologiyalar sahəsindəki üstünlüyü ilə bazarda əhəmiyyətli yer tutmaqdadır. Qərb isə hələ də bu geriliyi öz iqtisadi modelində dəyişikliklər edərək bərpa etməyə çalışır.
İsveçrə iqtisadiyyatı bu baxımdan qərb üçün müsbət bir model olaraq çıxış edir. İsveçrənin lüks məhsullar bazarındaki uğuru bahalı əmək bazarı ilə müəyyən bir iqtisadi dövriyyə yaratmışdır. Ancaq bu modelin bütün dünyada tətbiq edilməsi çətin olacaq, xüsusən də hazırda qlobal iqtisadi şəraitin getdikcə radikallaşması və hüquq sisteminə olan şübhələr fonunda.
Qərb yüksək gəlirli bazarını qorumaq istəyirsə, bu, yalnız yüksək təhsilli əmək bazarının inkişafı yolu ilə mümkündür. Bununla yanaşı, korrupsiyanın azaldılması, infrasturuktur layihələrinə investisiyaların sürətləndirilməsi və hüquqi mühitin şəffaflaşdırılması vacibdir. Bütün bu amillər qərbin global bazarda rəqabətə davam etməsini təmin edəcək. Bu addımların həyata keçirilməsi, həmçinin qərb ölkələrinin iqtisadiyyatının çevikliyini və böhrana qarşı müqavimətini artıracaqdır.
Qərbin, xüsusilə ABŞ-ın enerji bazarındakı sanksiya siyasətləri və faiz dərəcələri ilə bağlı qərarları, dünya iqtisadiyyatında böyük təsirlər yaradır. Çinlə davam edən rəqabət, qərbin iqtisadi siyasətlərini formalaşdıran əsas amillərdən biridir. Yüksək texnologiyalar və innovasiyaların tətbiqi, qərbin Çinlə olan rəqabətdə üstünlük qazanmasının yeganə yolu olaraq qalır. Lakin hal-hazırda bu istiqamətdə əhəmiyyətli inkişafların olmadığı bir şəraitdə, qərbin iqtisadi mövqeyini qorumaq və dünya bazarında rəqabətə davam etmək üçün yeni iqtisadi modellərə və bunların tətbiqinə ehtiyacı var.