Frank yanvarın 2-də 0.91$ səviyyəsinə düşərək yeddi ayın minimumuna enmişdi, lakin sonradan 0.90$-a qədər dəyər qazanıb. Bu bahalaşma ABŞ-da daha az aqressiv tarif xəbərləri ilə əlaqədar dolların zəifləməsi nəticəsində baş verib. Digər tərəfdən, İsveçrədə inflyasiyanın dekabr ayında 0.7%-dən 0.6%-ə enməsi gözlənilir, bu da deflyasiyanın qarşısını almaq məqsədilə əlavə faiz endirimləri ehtimalını artırır. İsveçrə Mərkəzi Bankı (SNB) dekabr iclasında əsas faiz dərəcəsini 0.50% endirərək 0.50%-də saxladı. Bu, iqtisadi artımın yavaşlaması və inflyasiya təzyiqlərinin davamlı azalması fonunda, ardıcıl olaraq həyata keçirilmiş üç 0.25%-lik endirimdən sonra daha aqressiv bir addım idi. Hərçənd inflyasiya hələ də SNB-nin 0 - 2% hədəf diapazonunda qalır, lakin proqnozlar enməkdədir və bu, 2025-ci il üçün mərkəzi bankın inflyasiya gözləntilərinin aşağı salınmasına səbəb olur.
Bütün bunlara baxmayaraq, yəni SNB-nin faiz endirimlərinə rəğmən, İsveçrə Frankı gücünü qorumaqda davam edir və bu, Avrozonadakı siyasi qeyri-sabitlik, Yaxın Şərq və Ukraynada geosiyasi gərginliklər fonunda onun təhlükəsiz liman statusu sayəsində mümkün olur.
Beləliklə, texniki analizlərə əsasən, hazırda 0.9040 civarında ticarəti edilən USDCHF məzənnəsi, cari həftə ərzində eniş dalğasını 0.8985 və 0.8960 franka qədər davam etdirə bilər. Bununla yanaşı, bu gün Bakı saatı ilə 11:30-da İsveçrədən açıqlanacaq inflyasiya göstəriciləri də diqqət mərkəzində olacaqdır.