Qızılın qiyməti 2670 dollarda ciddi müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Milad və yeni il bayramları ərəfəsində birjalarda risk iştahının zəifləməsi və mümkün risklərdən qorunmaq məqsədilə qızılın fyuçerslərində 2666 dollara kimi yüksəliş müşahidə edilsə də bir unsiya üzrə qiymət yenidən təzyiq altındadır. Bunun əsas səbəbləri ABŞ iqtisadiyyatı fonunda fundamental göstəricilərin yaxşılaşması və FED-in sərt monetar siyasətinə bu il də davam edəcəyi gözləntiləridir.
Hazırda iki önəmli amil qiymətin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir. San Fransisko mərkəzi bankın sədri Meri Deyli və Fed üzvü Adriana Kuqlerin həftə sonu verdiyi açıqlamalarda, bu il faiz endiriminə daha ehtiyatlı yanaşılacağı fikrini gücləndiriblər. Amerikanlılar üçün yeni hakimiyyətə gələn Donald Tramp administrasiyası isə iqtisadiyyatda siyasətləri ilə inflyasiyaya təkan verəcək və FED-in faizləri bundan da aşağı salmaq imkanlarını məhdudlaşdıracaqdır. Bütün bunlar isə qızıla olan marağı azaltmaqla, son yüksəliş trendi fonunda qiymətində aşağı düzəlişlər dərinləşə bilər.
Lakin bunun yanında bu həftənin cümə günü Amerikanın əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilərə kimi bir unsiya üzrə qiymət hazırki 2633 dollar civarında üfüqi istiqamətdə dalğalanmaqda davam edə bilər. Bununla yanaşı, qiymətli metal davam edən geosiyasi gərginliklər və mərkəzi banklar tərəfindən davamlı alış gözləntiləri ilə dəstəklənir.
Texniki analizə əsasən, qızılın qiyməti 2640 dollar dəstək həddinin aşağı qırılması və altında qalması tendensiyası treyderlər üçün qarşıdaki günlər ərzində önəmli prosesə çevriləcəkdir. Bundan sonra bir unsiya qiymət 2605 və 2600 dollara kimi 1.51% dəyər itirə bilər.