NVIDIA səhmləri 3 yanvar 2025-ci il tarixində 144.46 dollar səviyyəsində ticarət olunub ki, bu da əvvəlki sessiyadan 6.22 dollar və ya 4.50% artım deməkdir. Son dörd həftədə şirkətin səhmləri 0.48% dəyər qazanıb, son 12 ayda isə qiyməti 201% artıb. Proqnozlara əsasən, korporasiyanın səhmləri 100$ üzərində qaldıqca, 177 və 217$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır. Bu istiqamətdə əsas maneə 151$ müqavimət həddidir. Mütəxəssislər NVIDIA-nın süni zəka texnologiyalarına tələbin artması fonunda gəlirlərinin və mənfəətinin əhəmiyyətli dərəcədə artacağını gözləyirlər. Məsələn, UBS analitikləri 2025-ci il üçün şirkətin gəlirinin 204 milyard dollar, hər səhm üzrə mənfəətinin isə 4.95 dollar olacağını proqnozlaşdırır.
NVIDIA kvant sahəsində əsas infrastruktur təchizatçıları rolunda
Şirkətin fundamental göstəriciləri onun bazarda davamlı liderlik potensialını əks etdirir, xüsusilə süni zəka, maşın öyrənməsi və bulud texnologiyaları sahələrində artan tələbat fonunda diqqət mərkəzindədir. Şirkətin yüksək mənfəət marjası və artan gəlir axını onun effektiv əməliyyat idarəçiliyini və güclü bazar mövqeyini də dəstəkləməkdir. Maliyyə göstəricilərinə əsasən, balans hesabatı sağlamdır, borc/kapital nisbəti aşağı səviyyədədir ki, bu da şirkətə makroiqtisadi dəyişikliklərə daha dayanıqlı olmağa imkan verir.
Bundan əlavə, süni intellekt çip bazarında artan rəqabətə baxmayaraq, NVIDIA-nın geniş patent portfeli və araşdırmaya yönəltdiyi yüksək investisiyalar onun texnoloji üstünlüyünü qorumaqda mühüm rol oynayır. Beləliklə, gələcəkdə kvant hesablamalarının inkişafı nəticəsində NVIDIA üçün yeni gəlir mənbələri aça bilər, çünki şirkət bu texnologiyanın əsas infrastruktur təchizatçılarından biri olmağa çalışır.
NVIDIA üçün əsas 5 risk
Süni zəka və maşın öyrənməsi sahələrindəki layihələrdə yavaşlama, xüsusilə texnologiya sektorunda ümumi tənəzzül müşahidə olunarsa, şirkətin əsas gəlir mənbələrindən biri zəifləyə bilər.
Qlobal faiz dərəcələrinin artması və iqtisadi durğunluq dərinləşərsə, yüksək qiymətləndirilmiş texnologiya səhmlərində satış təzyiqinə səbəb ola bilər, bu da NVIDIA qiymətini aşağı sala bilər.
AMD və Intel kimi rəqiblərin süni intellekt və qrafik çip bazarlarında daha effektiv məhsullar təqdim etməsi, NVIDIA-nın bazar payını azalda bilər.
Gəlirlərin böyük hissəsi Çindən gəlir. ABŞ-Çin arasında texnologiya ixracına dair yeni məhdudiyyətlər tətbiq olunarsa, bu, satışlara və gəlirlərə ciddi zərbə vura bilər.
Son olaraq onu da qeyd etmək lazımdır ki, şirkətin yeni texnologiyaların inkişafı üçün yüksək xərcləri gəlir artışı ilə nəticələnməzsə, bu, investorların etibarını azaldaraq qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
Qısa müddətli düzəliş proqnozları
Beləliklə, yüksəliş proqnozları yanında qısa müddətli treydlərə gəldikdə isə 151$ yuxarı qırılmazsa, aşağı ciddi düzəlişlər proqnozları da diqqət mərkəzində saxlanılmalıdır. Bunun cari şəraitdə 115$-a kimi dərinləşə biləcəyini deməyə əsaslar mövcuddur. Ən bəd qısa müddətli düzəliş ehtimalları isə 75$-a gedib çıxır.