Rusiya enerji böhranı səbəbindən bitcoin hasilatını müvəqqəti olaraq dayandırır.
Bir müddət əvvəl Rusiya BRİKS zirvəsi çərçivəsində böyük bir bitkoin mədənçilik təşəbbüsü başlatmaq istəsə də ölkədəki bəzi bölgələrdə elektrik çatışmazlığı səbəbindən bu fəaliyyətlərə məhdudiyyətlər qoyulub. Bu, kripto cəmiyyətində narahatlığa səbəb olub.
Rusiya hazırda bitkoin hasilatında lider mövqeyə gəlmək niyyətindədir. Lakin enerji böhranı səbəbindən Rusiya bitkoin mədənçiliyində öz ambisiyalarını nə qədər reallaşdıra biləcək? Energetika nazirinin müavini Yevgeni Qrabçak qeyd edir ki, Uzaq Şərq, cənub-qərbi Sibir və cənub bölgələrində enerji çatışmazlığı yaşanır və bu problem 2030-cu ilə qədər həll olunmaya bilər. Bu səbəbdən enerji istifadəsini azaltmaq üçün məhdudiyyətlər tətbiq etmək lazım gəlib.
Digər tərəfdən, mütəxəssislər bitkoini “rəqəmsal qızıl” kimi təqdim edir və onun bazar kapitallaşmasının qızılın təxminən 7%-ni təşkil etdiyi bildirir. Beləliklə, bitkoinin dəyəri qızıl bazarının yarısına çatarsa, qiyməti 400000 dollardan da yuxarı qalxa bilər.
Bununla yanaşı, bitkoinin inkişafı üçün dolların zəifləməsi vacib deyil, çünki dəyəri əsas iki amilə əsaslanır. İnsanlar onu etibarlı dəyər saxlancı və inflyasiyadan qorunma aləti kimi qəbul edir ki, bu da kriptovalyutanı maliyyə dünyasında daha yüksək səviyyəyə qaldıra bilər.