Bitcoin oktyabrın 29-u 72.000 dollarlıq həddi keçərək 72.620 dollara qədər bahlaşmağı bacardı. İlk kriptovalyutaya tələbin kəskin artması Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəlmə şansının artması ilə bağlıdır. Hazırda CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin bazar kapitalizasiyası 2.4 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 72.400 dollar, bazar kapitalizasiyası isə 1.4 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 59%-ni təşkil edir.