Almaniyada pərakəndə satış dövriyyəsi 1.6% daralıb və bu, son bir il ərzində ən narahatedici geriləmədir. İqtisadçılar may ayında yalnız 0.5%-lik böyümə hesablasalar da 2024-cü ilin aprel ayından bugünə kimi ilk dəfə məyusluq yaşanılıb. Bu isə dünyada yapon yeni kimi güvənli liman maliyyə alətinə olan tələbi gücləndirib. Dollar isə FED-in faizlərini aşağı salmağa başlayacağı proqnozları fonunda təzyiq altındadır.
Qeyd etmək lazımdır ki, bu, həm ərzaq (-1,3%), həm də qeyri-ərzaq kateqoriyaları (-2,2%) üzrə satışların azalması ilə ikinci azalma dalğasıdır. Onlayn satışlar da 1.4% azalıb. İllik müqayisədə isə pərakəndə satışlar yalnız 1.6% artaraq, 3.3%-lik konsensusdan və aprel ayında 2.9%-lik artımın altına düşmüş oldu. Artım həm qida (0.5%), həm də qeyri-ərzaq sektorlarında (2.0%), onlayn satışlar isə 9.3% artaraq qazancla bağlı olub.
EURUSD məzənnəsi mayın 15-dən bugünə kimi 6.16% yüksəlsə də USDJPY bu dövrdə yalnız 2.59% eniş yaşayıb. Bu hadisə Yaponiya yeninin bahalaşmaq üçün kifayət qədər imkanının qaldığını göstərir. Fundamental analizlər də Avrozonanın Yaponiya iqtisadiyyatından geri qaldığını göstərir və Yaponiya Mərkəzi Bankının inflyasiyanı nəzarətdə saxlamaq üçün faizlərini yüksəldə biləcəyinə işarədir. Avrozona və Yaponiyada işsizlik müvafiq olaraq 6.2 və 2.5%, inkişaf 1.5 və 1.7%, inflyasiya 1.9 və 3.5%-dır.
Texniki analizlərə əsasən, EURJPY məzənnəsi 167.40 yenin altına düşərsə, 163.92, 160.30 və 156.86 dəstək səviyyələrinə kimi enişə başlaya bilər.