ABŞ Yaponiya və Avropa İttifaqı arasında əldə edilən son yüksək profilli ticarət razılaşmaları qlobal iqtisadi balansda mühüm dəyişikliklərə səbəb olub. Hər iki əsas tərəfdaş – Yaponiya və Aİ – ABŞ mallarına tətbiq etdikləri idxal rüsumlarını əhəmiyyətli dərəcədə azaltmağa razılıq veriblər. Nəticədə dollar kəskin şəkildə bahalaşmış, əvəzində avro, yen və funt sterlinq kimi valyutalar ucuzlaşma tendensiyasına girib. Qızıl da bu təzyiqlərdən yan keçə bilməyib.
ABŞ Yaponiya mallarına tətbiq etdiyi 25% gömrük rüsumunu 15%-ə endirib
Avropa İttifaqına qarşı da analoji şəkildə 30%-lik tariflər 15%-ə qədər azaldılması razılaşdırılıb
Yaponiya ABŞ iqtisadiyyatına 300 milyard dollar sərmayə yatıracağını bəyan edib
Aİ isə 750 milyard dollar dəyərində enerji resursları alacaq və əlavə olaraq 600 milyard dollarlıq investisiya öhdəliyi götürüb
Bununla da ABŞ iqtisadiyyatı 1.65 trilyon dollarlıq yeni tələb və sərmayə dalğası ilə qarşı-qarşıyadır. Bu rəqəm ABŞ-in 2024-cü ildəki ÜDM-sinin təxminən 5.65%-inə bərabərdir (ÜDM – 29.2 trilyon dollar).
Dollar indeksi (DXY): 98.26 punkta kimi 0.61% artıb
EUR/USD: 1.1648-a kimi 1.2% azalma
GBP/USD: 1.3426-a kimi 1.21% azalma
USD/JPY: 148.42 yenə kimi 1.74% artım
Qızıl (XAU/USD): 3326$-a kimi 3.41% azalma
Hazırda dolların güclənməsi ABŞ iqtisadiyyatı üçün qısamüddətli mənfəət effekti yaradır: enerji idxal xərcləri azalır, inflyasiya bir qədər təzyiq altına düşür, kapital axınları güclənir.
Lakin bu razılaşmaların maliyyə nəticələri uzunmüddətli dövrdə fərqli olacaq:
Pul kütləsinin artımı:
Xarici sərmayələrin daxil olması ABŞ daxilində M2 pul təklifi üzərində artım dəstəyi yaradacaq. M2 hazırda 21.8 trilyon dollar təşkil edir. 1.65 trilyon dollarlıq əlavə sərmayə bu həcmin təxminən 7.5%-ni təşkil edir.
İnflyasiya riski:
Pul təklifi artımı istənilən sərt monetar siyasət fonunda inflyasiyanın yenidən yüksəlməsi ilə nəticələnə bilər. Hazırda illik inflyasiya 2.7% civarındadır, lakin 2026-cı ilin əvvəlində bu göstəricinin 3.5%-ə qədər yüksələcəyi proqnozlaşdırılır.
FED-in siyasətində siyasi təzyiqlər:
Tramp administrasiyasının iqtisadi fəallığı təşviq edən siyasətləri Federal Ehtiyat Sisteminin faiz artırımı və likvidlik məhdudlaşdırma cəhdlərinə qarşı siyasi müqaviməti artırır. Bu, sərt monetar siyasətin dayandırılması ilə nəticələnə bilər, xüsusilə də respublikaçıların siyasi uğurları Povelə qarşı addımlar da təsirli olmağa başlayacağı gözlənilir.
2025-ci ilin ikinci yarısından etibarən ABŞ iqtisadiyyatında aşağıdakı ssenarilərin formalaşacağı gözlənilir. Hazırda dolların güclənməsi, kapital axını artırmaqla, qızılın da korreksiyasına səbəb olur. Lakin ortamüddətli dövrdə (2026) inflyasiya təzyiqlərinin artacağı gözləntiləri investorları avqust ayının əvvəlindən dollardan çıxmaqlarına səbəb ola bilər və FED-in siyasətində yumşalma və ya artımın olmayacağı artıq qiymətlərdə özünü göstərə bilər. Uzunmüddətli dövrdə (2026 sonu – 2027) isə dollar zəifləyəcək, əvəzində qızıl və strateji əmtəələrə tələbat artacaq.
Beləliklə, ABŞ-in Avropa və Yaponiya ilə razılaşmaları təkcə ticarət tarifləri ilə bağlı deyil, həm də qlobal kapital və valyuta balansına ciddi təsir edir. Hazırki dollar güclənməsi cazibədar görünsə də, uzunmüddətli dövrdə bu razılaşmaların inflyasiya və FED siyasəti ilə toqquşması iqtisadi təlatümlərə səbəb olacağını proqnozlaşdırmağa əsaslar verir. Treyderlər isə ortamüddətli şaiyələri artıq indidən almağa başlaya bilər.