EURJPY məzənnəsi 2008-ci il bank-maliyyə böhranında 170 yendə rastlaşdığı güclü müqaviməti 2024-cü ilim may ayında qıra bilmədiyi kimi iyun ayında yenidən qırmağa cəhd etdiyi müşahidə edilir. Lakin proqnozlar 17 il bundan qabaq yaşanılan hadisənin yenidən təkrarlanacağı - məzənnənin yenidən ucuzlaşmağa başlayacağı istiqamətindədir.
EURUSD məzənnəsi mayın 15-dən bugünə kimi 6.16% yüksəlsə də USDJPY bu dövrdə yalnız 2.59% eniş yaşayıb. Bu hadisə Yaponiya yeninin bahalaşmaq üçün kifayət qədər imkanının qaldığını göstərir. Fundamental analizlər də Avrozonanın Yaponiya iqtisadiyyatından geri qaldığını göstərir və Yaponiya Mərkəzi Bankının inflyasiyanı nəzarətdə saxlamaq üçün faizlərini yüksəldə biləcəyinə işarədir. Avrozona və Yaponiyada işsizlik müvafiq olaraq 6.2 və 2.5%, inkişaf 1.5 və 1.7%, inflyasiya 1.9 və 3.5%-dır.
Texniki analizlərə əsasən, EURJPY məzənnəsi 167.40 yenin altına düşərsə, 163.92, 160.30 və 156.86 dəstək səviyyələrinə kimi enişə başlaya bilər.