Dollar bu həftə 1.5%-dən çox azalaraq 97.3-dən aşağı düşərək, FED-in uçot dərəcəsinin azaldılması gözləntilərinin artması ilə 2022-ci ilin fevralından ən aşağı səviyyəsinə yaxınlaşıb. FED sədri Povel son Konqresdəki ifadəsi zamanı xüsusilə göyərçin tonu ilə seçildi. Bankirin yanaşmasına əsasən, tariflər inflyasiya təzyiqi yaratmadığı təqdirdə, faizlərin azaldılmasına sadiq qalınacaq. Bununla yanaşı, mövcud hökümət başçısı Tramp da növbəti mərkəzi bank sədri üçün daha yumşaq monetar siyasətini dəstəkləyəcək öz namizədini sentyabr və ya oktyabr aylarında elan edəcəkdir.
İqtisadi göstəricilər fonunda isə ölkədə may ayında şəxsi istehlak xərclərinin 0.3% azaldığı, bu ilin ən kəskin düşüşünü qeyd etməsi də investorların diqqə mərkəzindədir. İnflyasiya göstəricisilərinin, baza istehlak qiymətlərinin 0.2% artaraq proqnozlardan yaxşı dərc edilməsi bank siyasətinin gələcəyinə dair çaşqınlıq yaratsa da ümumilikdə dolların təzyiq altında qalacağı proqnozlaşdırılır.
Yanvar ayından istiqraz bazarlarında gəlirliyin 4.5%-ın altına düşməsi dollar indeksi 109 punktun altına düşüb və bugünə kimi 11.96% enməsinə səbəb olub. Apreldə iqtisadiyyatın gələcəyinə dair nikbinlik müşahidə edilsə də iki aylıq sevinc inversiyanın qarşısını ala bilmədi və hazırda FED-ə qarşı təzyiqlər artmaqla bərabər, dollar da enməkdə davam edir.
Son iki gündür dollar indeksində yuxarı düzəlişin səbəbi isə gələn həftə cümə axşamı ABŞ-dan dərc ediləcək əmək bazarı göstəriciləridir. İşsizliyin azalması və məşğuliyyətin artması dinamikasında güclənmə dollarda yuxarı düzəlişi 98 punkta kimi yüksəldə bilər. Əks təqdirdə, zəif göstəricilər fonunda hazırda 97 punktda qərarlaşan dollar indeksi üzrə yeni dəstək proqnozları 95 və 93.20 punkta çatır.