ABŞ şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi 2025-ci ilin may ayında illik müqayisədə 2.3%, ərzaq və enerji qiymətləri istisna olmaqla hesablanan əsas indeks isə 2.7%-ə çatıb. 2021-ci ildən son 4 ilin minimum səviyyəsi - 2.1% üzərində qərarlaşan göstərici, iqtisadçıların şərhlərinə görə, respublikaçıların həyata keçirtdiyi proteksionist siyasətin - yüksək tariflərin nəticəsidir. Buna paralel isə iqtisadiyyatın böyüməsi 2024-cü ildən zəifləyir, hətta yanvar-mart ayları ərzində rüblük müqayisədə 0.5%-lik böhran qıeydə alınıb.