ABŞ Prezidenti Donald Tramp 22 yanvar 2025-ci ildə Stargate adlı nəhəng süni intellekt (IA) layihəsinin başlanmasını elan edib. Bu layihə dünyanın ən iri texnologiya şirkətlərinin bir araya gəlməsi ilə həyata keçiriləcək. Oracle, OpenAI və SoftBank Texasda başlanan bu layihədə əsas iştirakçılardır. İlk mərhələdə 100 milyard dollar yatırım planlan;b və bu rəqəm 4 il ərzində 500 milyard dollara qədər artacaq. Texasda inşaatına başlanılan ilk böyük məlumat mərkəzi ilə bərabər, ABŞ-ın müxtəlif ştatlarında əlavə mərkəzlərin tikilməsi nəzərdə tutulur. Bu layihənin ABŞ-ın süni zəka sahəsindəki liderliyini möhkəmləndirmək məqsədi güdür.
Stargate layihəsində əsas iştirakçılar arasında SoftBank, OpenAI və Oracle yer alır. SoftBank layihəyə maliyyə dəstəyi verəcək, OpenAI isə əməliyyatları idarə edəcək. Microsoft, NVIDIA, ARM və Oracle isə texniki bilik və təcrübə təmin edəcəklər. Sam Altman (OpenAI rəhbəri) Oracle qurucusu Larri Ellison və SoftBank rəhbəri Masayoşi Son layihənin strateji rəhbərliyi ilə məşğul olacaq.
Bu layihə 100 000 yeni iş yerinin yaradılmasına şərait yaradacaq. Süni zəka və texnologiya sahələrində yaradılacaq bu işlər, həm də yeni texnologiya mərkəzlərinin və infrastrukturunun yaradılmasına xidmət edəcək. Layihənin hədəfi yalnız yeni iş yerləri yaratmaqla qalmır, eyni zamanda müxtəlif ABŞ ştatlarında texnologiya mərkəzlərinin yayılmasını təmin etməkdir. Bu, ölkənin iqtisadiyyatını gücləndirəcək və texnologiya sahəsində daha geniş bir inkişaf təmin edəcək.
Layihə IA inkişafı üçün vacib olan hesablama gücü çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır. Layihə çərçivəsində yeni məlumat mərkəzləri, enerji resursları və çip istehsalı imkanları yaradılacaq. Oracle, NVIDIA və OpenAI bu infrastrukturun qurulmasında və idarə edilməsində birlikdə fəaliyyət göstərəcək. Bu addımlar ABŞ-ın süni zəka inkişafında texniki məhdudiyyətləri aradan qaldırmaq üçün nəzərdə tutulub.
Tramp 2023-cü ildə imzaladığı süni zəkaya dair icraedici əmrinə yenidən baxaraq, tələblərin yumşaldılmasına qərar verib. Bu dəyişiklik şirkətlərə inkişafı daha sürətləndirə bilmələri üçün daha az məhdudiyyət tətbiq edir. Yeni yanaşma, xüsusilə texnoloji şirkətlər tərəfindən müsbət qarşılanıb, çünki bu, onlara inkişafın qarşısını alacaq maneələri aradan qaldırmaq imkanı verir.
Lahiyə həm OpenAI, həm də digər texnologiya şirkətləri üçün böyük imkanlar təqdim edir. OpenAI layihə çərçivəsində nəhəng hesablama resursları əldə edəcək və Microsoft ilə olan mövcud tərəfdaşlığını davam etdirəcək. Bu, həmçinin ABŞ-ın digər ölkələrlə, xüsusilə Çinlə olan süni zəka yarışında mövqeyini gücləndirmək üçün əhəmiyyətli addım olacaq.
Bu layihənin tibb sahəsinə təsiri də böyükdür. Süni zəkanın inkişafı ilə bağlı hesablamaların sürətlənməsi, tibbi məlumatların daha tez işlənməsinə və xəstəliklərin diaqnozunun sürətləndirilməsinə kömək edəcək. Eyni zamanda, vaksinlərin hazırlanması və digər elmi araşdırmalar üçün də bu infrastruktur mühüm rol oynayacaq.
Stargate süni zəkanın inkişafında böyük mərhələdir və ABŞ-ın texnoloji liderlik mövqeyini daha da möhkəmləndirəcək. Layihə təkcə iqtisadiyyat və texnologiya sahələrində deyil, həm də qlobal siyasət və təhlükəsizlik baxımından böyük təsirə malik olacaq. ABŞ-ın süni zəka sahəsindəki bu nəhəng sərmayəsi, digər ölkələrə də öz rəqabət qabiliyyətlərini artırmaq üçün təkan verə bilər.