Bitcoin (BTC) 21 noyabr 2024-cü il tarixində 99 000 dollar səviyyəsinə yüksələrək tarixi zirvəsini yeniləyib. Bu yüksəlişin ardından altkoinlər də qiymət artımı göstərsə də, bazar hələ tam olaraq "Altkoin mövsümü"nün başlamadığını göstərir. Donald Trampın ABŞ-da prezident seçilməsi və onun kriptovalyutalara dəstək verən siyasəti altkoinlərə olan marağı artırıb. Buna baxmayaraq, altkoin mövsümü göstəriciləri hələ tam rotasiya üçün erkən mərhələdə olduğunu göstərir.
Altkoin mövsümü bazarın bitkoindən daha çox altkoinlərə yönəldiyi və bu koinlərin dəyərinin sürətlə artdığı bir dövrdür. Belə mövsümlər, adətən, bitkoinin güclü qiymət artımından sonra konsolidasiya mərhələsinə keçməsi ilə başlayır. Hazırda altkoin Mövsümü İndeksi 33 səviyyəsindədir ki, bu da hələ bitkoinin altkoinlərdən daha yaxşı performans göstərdiyini bildirir. İndeks 75 səviyyəsini aşdıqda isə bu, altkoinlərin üstünlük təşkil etdiyi bir mövsümün başlandığını göstərir.
Donald Trampın prezident seçilməsi kriptovalyutalar üçün əhəmiyyətli hadisələrdən biri olub. Onun kriptovalyutaları dəstəkləyən siyasətləri Ripple, Cardano, Tron, Solana və Toncoin kimi Layer-1 texnologiyasına əsaslanan altkoinlərin dəyərini artırıb. Ripple Labs-ın CEO-su bildirib ki, “Kripto sənayesi Trampı qəbul etdi, Tramp isə kripto sənayesini”. Bu siyasi dəstək investorların altkoinlərə olan inamını gücləndirib və bazara likvidlik axınını artırıb.
11 noyabr 2024-cü il tarixində altkoinlərin günlük spot ticarət həcmi 18 milyard dollara çatıb ki, bu da avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir. May ayından etibarən susqun olan ticarət həcmindəki bu kəskin artım, altkoinlərin gələcək potensialını işarə edir. Bununla belə, investorlar hələ də tam şəkildə altkoin bazarına keçməkdə tərəddüd edirlər və BTC-nin 100,000 dollar həddini keçməsini gözləyirlər.
Hazırda bitkoinin bazar dominantlığı 60%-ə yaxındır. Tarix göstərir ki, altkoinlər adətən bitkoinin güclü artımından sonra dəyər qazanır, çünki bu mərhələdə əldə olunan mənfəətlər kiçik kapitallı altkoinlərə yönəlir. Dominantlıq göstəricisinin 58%-dən aşağı düşməsi halında isə tam miqyaslı altkoin Mövsümünün başlaması gözlənilir. Bu, bazar iştirakçılarının daha çox altkoinlərə yönəlməsinə səbəb olacaq.
Bəzi altkoinlər, məsələn, Mantra (OM), Sui (SUI) və Dogecoin (DOGE), son 90 gün ərzində bitkoindən daha yaxşı performans göstərib. Bununla belə, bir çox digər əsas altkoinlər hələ “kölgədə” qalıb. Altkoin Mövsümü İndeksinin cari vəziyyəti, altkoinlərin hələ də daha çox böyümə potensialına malik olduğunu göstərir.
BTC yüksəlişi davam edir: Bitkoinin 99 000 dollarlıq yeni zirvəsi altkoinlər üçün potensial yüksəlişlər yaratsa da, tam rotasiya üçün dominantlıq göstəricisinin aşağı düşməsi lazımdır.
Altkoin həcmi artmalıdır: Spot ticarət həcminin davamlı artışı və altkoinlərin bazar payının artması altkoin Mövsümünün başlanğıcını təsdiqləyəcək.
Layer-1 rexnologiyası öncülük edir: Trampın siyasətləri nəticəsində Layer-1 altkoinlərinin güclənməsi bazarın bu sektora olan marağını daha da artırıb.
Hazırkı göstəricilər altkoin Mövsümünün başlanğıc mərhələsində olduğunu göstərir. BTC-nin 100,000 dollar həddinə yaxınlaşması və dominantlığının azalması ilə altkoinlərdə daha böyük artımlar baş verə bilər. Lakin bazarın tam rotasiya etməsi üçün həm texniki, həm də fundamental göstəricilərdə əlavə güc tələb olunur. İndi altkoinlərdə investisiya imkanlarını nəzərdən keçirmək üçün doğru zaman ola bilər.