Son iki gündür ABŞ və Çin arasında Cenevrədə keçirilən ticarət danışıqların detallarının bazar ertəsi açıqlanması gözlənilsə də Donald Trampın uzun müddətdir davam edən ticarət münaqişəsinin yumşaldılması toplantısının nəticəsini "tam yeni başlama" kimi qiymətləndirib.
İsveçrənin Koloqni şəhərində, BMT səfirinin villasının ev sahibliyində ABŞ-ın maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrir ilə Çinin baş nazir müavini He Lifenq arasında baş tutan görüşdə, birincinin 1.2 trilyon dollarıq qlobal ticarət kəsirinin, xüsusilə də Çinlə olan 295 milyard dollarlıq kəsirin azaldılması əsas müzakirə predmeti olub. Mayın 9-u və 10-u ərzində davam edən danışıqlarda tərəflər arasında əvvəlki dövrlərə nisbətən daha dar fikir ayrılıqları müşahidə olunub.
İnvestorlar isə hadisənin gələcək dövrdə maliyyə bazarlarında yarada biləcək əsk-reaksiyaları indidən araşdırmağa başlayıblar ki, biz də öz nəticələrimizi paylaşırıq. İlk başdan artıq o aydın olmağa başlayır ki, gözlər yenidən Amerikanın daxilində hökümət ilə FED arasında qarşıdurmanı güclənməsinə dönəcək ki, bu da dolların daha aşağı səviyyələrə kimi enməsinə səbəb ola bilər.
FED-in sərt mövqeyinin əsasları
Süni zəkanın maliyyə və bütün sektorlarda tətbiqinin artdığı yeni dövrdə, müştəri xidmətləri, risk idarəetməsi və əməliyyatların avtomatlaşdırılması sahələrində yeni çağırışlar gündəmdər ki, ABŞ yeni prezident adminstrasiyası buna biganə qalmamaqla, yaxın keçmişdə ilk addımı kimi OpenAI, Oracle və SoftBank kimi şirkətlərin birgə təşəbbüsü ilə "Stargate" adlı süni zəka infrastrukturu layihəsi təqdim etdi. Bu layihə çərçivəsində ölkə üzrə məlumat mərkəzlərinin tikintisi planlaşdırılır və bu, texnologiya sektorunda yeni investisiya imkanları yaradır. Lakin proses əlbəttə ki, ölkə üzrə kütləvi xarakter almalıdır ki, iqtisadiyyat bütövlükdə qlobal prosesdə irəliləyə bilsin və ölkə dünya liderliyini təmin etsin. Unutmaq olmaz ki, Çin məhz bu sahədəki investisiyaları ilə Amerikaya rəqib oldu və sınağa çəkməkdədir. Ölkənin hər tərəfinin prosesdə iştirakı üçün isə maliyyələşdirmə imkanlarının daha da yumşaldılması lazımdır. Bu məqsədlə FED-dən faizlərin aşağı salınması tələb olunur və sonuncu tərəf yüksək inflyasiya riskləri və qlobal ticarət münaqişləri qeyri-müəyyənlikləri səbəbləri üzündən fond faizlərini 4.25 - 4.5 aralığında saxlamaqla, G7 dövlətləri arasında ən sərt şərtlər irəli sürməyə davam edir. Bundan əlavə, investisiyaların yayqınlaşması üçün kibertəhlükəsizlik və etik məsələlər də gündəmdədir. Bu mövzuya bir neçə paraqraf aşağıda baxılacaq.
Tramp komandasını: İqtisadiyyatda problem həll edilir
12 May Əqrəb bürcündəki Dolunay ilə köhnə mövzuların geridə qalmasına dair ilkin addımların atıldığını Tramp tərəfindən xəbərin verilməsi zamanlamanın düzgün getdiyinin işartısıdır. FED-in də bəhanəsi qalmayacaq kimi görünür. Dolça bürcündə Pluton retrosunun da başlaması ilə astroloji olaraq gələcək yeni 20 illik dövrə son 2 illik girişə yenidən qayıdıb göz gəzdirilməsi prosesi başlayır ki, bu da Saturn planetinin mayın 25-də Qoç bürcünə keçməsi ilə dünyanın dörd tərəfini məsələlərə daha diqqətli və məsuliyyətli yanaşmasını tələb edəcək və prosesin yeni dövrin standartlarına uyğun aparılmasını tələb edəcəkdir. Pluton geriləməsi oktyabrın 13-nə kimi davam edərkən, Saturnun yeni transiti də 2 il yarım davam edəcəkdir. Əkizlər bürcündəki Yeni Ay isə mayın 27-də baş tutacaq və bu həm ehtiyatlı, həm də tələbkar dövrün işartılarının maliyyə bazarlarında özünü məhz bu tarixlərdən etibarən göstərməyə başlayacağını deməyə əsas verir.
Bu hissədə mövzuya belə başlamaqla məqsəd odur ki, həm qapalı qapılar arasında danışıqların mahiyyəti aydın olsun, həm də birjalarda ticarətçilərin və investorların zamanlama baxımından doğru anda hərəkət etmələri mümkün olsun. Yəni əsas sürtünmələr və trendlər may ayının sonunda proqnozlaşdırılır. Amerika hökümətinin məqsədi kapital sahiblərini real iqtisadiyyatda aktiv iştirakını təmin etməkdir ki, bunun üçün də maliyyələşmə şərtləri və monetar siyasəti borclanmanın daha da tarixi rekord səviyyələrə qalxması hesabına olsa da əlverişli etməkdir - yumşaltmaqdır. Ən azından hazırki mövcud qeyri-müəyyən beynəlxalq münasibətlər şəraitində Avropada faizlər və şərtlər aşağıdır.
Bununla yanaşı, gələcək aylarda mühitin əlverişliyini gücləndirilməsi üçün hökümət kibertəhlükəsizlik məsələlərini də qaydasına qoymalı olacaqdır. Bu özü ilə bərabər pul dövriyyəsinə nəzarəti də diqqət mərkəzinə salacaqdır. Çin, Avropa İttifaqı və ABŞ kimi ölkələr mərkəzi bank rəqəmsal valyutalarının (CBDC) inkişafı üzərində çalışırlar. Bu təşəbbüslər həm də ödəniş sistemlərinin modernləşdirilməsi və maliyyə daxilolmalarının artırılması məqsədi daşıyır. Araşdırmalarımızın nəticələri də gələcək aylarda bu mövzuların yenidən gündəmdə aktiv müzakirə ediləcəyinə işarədir.
Dollar və əmtəə bazarlarında proqnozlar
FED-in ilin ikinci yarısında faiz dərəcələrini azaltmaq ehtimalı, dollar indeksində eniş dalğalarının yeni mərhələsini başlada bilər. Bununla yanaşı, ticarət gərginliklərinin azalması və geosiyasi risklərin yumşalması fonunda əmtəə bazarlarında qiymətlərdə daha dərin düzəlişlər gözlənilir. Lakin dolların ucuzlaşması bu dəyişiklikləri nisbətən balanslaşdıra bilər. Kriptovalyuta birjalarında isə bitkoində yeni zirvələrə doğru sıçrayışlar yenidən güclənəcək, deyə proqnozlaşdırılır.
Beləliklə, ABŞ–Çin münasibətləri yeni mərhələyə qədəm qoyur. Texnologiya, iqtisadiyyat və geosiyasət arasındakı tarazlıqların yenidən qurulduğu bir dövrdə həm zamanlama, həm də strateji qərarlar həlledici olacaq. Astroloji və siyasi proseslərin kəsişdiyi bu məqamda gələcək aylar iqtisadi və maliyyə sistemlərinin gedişatını formalaşdıracaq.